Xəzər rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Daxili İşlər Nazirliyindən "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, BMW markalı avtomobil yolu keçən Səbinə Əliyeva və onun qızı 10 yaşlı Ayseli vurub. Qadın hadisə yerində, uşaq isə xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi açılıb.