Macarıstan Budapeşt məhkəməsi tərəfindən erməni hərbi qulluqçusunu öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan hərbi qulluqçusu Ramil Səfərovu Azərbaycana ekstradisiya edib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindəki mənbə məlumat verib.
Agentliyin müsahibinin bildirdiyinə görə, R.Səfərov artıq cümə günü Bakıya gətirilib.