Azərbaycan Beynəlxalq Bankı (ABB) 200 minə yaxın yeni pensiya kartının emissiyasını təmin edib. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
ABB 2012-ci ilin mart ayından etibarən banka müraciət edən pensiyaçılara 140 mindən çox yeni plastik kart verib.
Bu ilin sonuna qədər 260 minə yaxın pensiya kartının dəyişdirilməsi planlaşdırılır.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1,556 min fiziki şəxsdir.