Azərbaycanın “Neftçi” futbol komandası Avropa Liqasında N qrupunda Milanın “İnter”, Kazanın “Rubin”, Belqradın “Partizan” komandaları ilə birgə çıxış edəcək. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilir.
Avropa Liqasının qrup mərhələsi üzrə püşkatma mərhələsi cümə günü Monakoda keçirilib.
Azərbaycanın futbol tarixində ilk dəfə “ Neftçi” futbol klubu ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxıb.
Klub bu uğura cümə axşamı səfərdə seçim raundu çərçivəsində Kiprin ”Apoel” komandası ilə oyunu 3-1 hesabı ilə başa vuraraq nail olub.
Komandaların avqustun 23-də Bakıda keçirilən ilk görüşü 1-1 hesabı ilə başa çatıb.
Bu vaxta qədər heç bir Azərbaycan klubu Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinə çıxa bilməyib.