Dünən axşam Bakıda Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat edib. Bu barədə Tacikistan xarici siyasət idarəsinin nümayəndəsi bazar ertəsi “İnterfaks” agentliyinə məlumat verib.
“Azərbaycandakı səfirimiz Zokir Vazirov uzun sürən xəstəlikdən sonar bazar günü axşam vəfat edib”, - deyə Tacikistan XİN nümayəndəsi bildirib.
Z.Vazirov insult keçirib, o ürək xəstəliyindən əziyyət çəkirdi. İki ay öncə Bakıda əməliyyat keçirib və həkim nəzarəti altında olub. Həkimlər vəziyyətinin ağırlaşmasından narahat olaraq onun vətənə aparılmasına icazə verməyiblər.
“Mərhumun cəsədinin vətənə aparılması məsələsi həll edilir”, - deyə idarənin nümayəndəsi qeyd edib.
Z.Vazirovun 64 yaşı vardı. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycana səfir göndərilib.