Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 68 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 13 nəfər həlak olub, 4 nəfər intihar edib.
4 nəfər qətldə, 8 nəfər sui-qəsddə və qəsdən bədən xəsarətləri yetirməkdə, 9 nəfər qarət və soyğunda, 19 nəfər oğurluqda, 5 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda, 1 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 9 fakt qeydə alınıb.