Sentyabrın 10-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rus rəssamı İrina Zaqovorçevanın “Müslüm Maqomayev – Qızıl günəşin şüası” adlı sərgi açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Sərgidə dahi ifaçının həyat və yaradıcılığa, onun doğma çəhəri Bakıya həsr olunan 40-a yaxın qrafik işlər və şəkillər nümayiş olunacaq.
2012-ci ilin əvvəlindən İrina Zaqovorçeva 4 fərdi sərgi keçirib, onlardan ikisi Müslüm Maqomayevə həsr olunub. İyunun 5-də Rusiyanın Berlindəki elm və mədəniyyət mərkəzində “Müslüm Maqomayev. Sən – mənim melodiyam” adlı sərgi keçirilib. Burada Azərbaycan səfirliyi nümayəndələri, xalq rəssamı Əşrəf Heybətov, mədəniyyət və ictimaiyyət xadimləri, həmçinin müğənninin pərəstişkarları iştirak edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun dəvəti ilə iyunun 13-də səfirliyinin meydançasında da Bakıya həsr olunan sərgi keçirilib.
İyunun 19-da Polşanın Xoyna şəhərində Mədəniyyət Mərkəzinin binasında “Müslüm Maqomayev. Sən – mənim melodiyam” adlı sərginin açılışı olub. Xoyna şəhəri Almaniya ilə sərhəddə yerləşir. Burada Sovet hərbçilərinin qardaşlıq məzarında dahi müğənninin atası, 1945-ci il aprelin 24-də cəbhədə həlak olan Məhəmməd Maqomayev dəfn edilib.