SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2012-ci ilin yanvar-avqust aylarında Bakı-Novorossiysk neft kəməri ilə 1 mln. 274,594 min ton neft ixrac edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bununla yanaşı, cari ilin avqust ayında şirkət şimal boru kəməri ilə 129,645 min ton neft ixrac edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.
SOCAR 2011-ci ildə 1 mln. 988,429 min ton neft ixrac edib.
2012-ci ildə şirkət bu kəmərlə 1,7 mln. ton neft ixrac etməyi planlaşdırır.