Mədəniyyət və turizm naziri Ə.Qarayev və Böyük Britaniyanın Koventri Universitetinin professoru, İctimai Birlik İnstitutunun İcraçı direktoru Mayk Hardi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığı müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Görüş zamanı foruma hazırlıq, tərəfdaş beynəlxalq qurumlar - müxtəlif beynəlxalq təşkilatlar tərəfindən həyata keçiriləcək təşəbbüs və tədbirlər müzakirə edilib.
M.Hardi forumun yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib. Britaniyalı professor vurğulayıb ki, tədbirin konseptual sənədlərinin hazırlanmasında iştiraki ilə əlaqədar şərəf duyur.
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2013-cü il 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək.