"BoB Broker" şirkəti 2012-ci ilin avqust ayında dövlət qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə (Repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlər renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
"BoB Broker" MMC cari ilin avqust ayında 9 mln. 989,034 min manat məbləğində broker xidmətləri göstərib (iyulda 3-cü yer).
İkinci yeri avqust ayında 8 mln. 988,704 min manat məbləğində xidmətlər göstərmiş "ADB-Broker" MMC tutub (iyulda 1-ci yer).
Avqust ayının yekunlarına görə, üçüncü yerdə "Texnika Kapital Menecment" MMC qərarlaşıb (iyul ayında 5-ci yer). Broker 7 mln. 21,041 min manat məbləğində xidmətlər göstərib.
Ümumilikdə, 2012-ci ilin avqust ayında 5 broker xidmət göstərib.