Qəbələ rayonunun orta məktəblərinin 400-dən çox məzunu ali məktrəblərə qəbul olunub. Bu barədə “İnterfraks -Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanı zamanı Qəbələ aryonundan olan 426 məzun respublikanın ali məktəblərinə daxil olub.
Bu il məzunlar arasında 1,197 min nəfər attestat alıb. Onlardan 809 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak edib.
Respublikada ali məktəblərə qəbul olunan abituriyentlərdən 27 nəfər 700 mümkün baldan 600-dən çox bal toplaya bilib.Keçən il ali məktəblərə 343 nəfər qəbul olunub ki, onlardan da 20 –si belə yüksək nəticə göstərə biliblər.
Bundan başqa, 76 nəfər 500-dən çox bal toplayıb. Bununla da Qəbələ rayonu qəbul imtahanlarının nəticələrinə görə ölkə regionları arasında ilk beşliyə daxil olub.