Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 20 mln. manat alacaq.
Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün vəsait 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.