Türkiyənin mərkəzi hissəsində yerləşən Afyon vilayətində döyüş sursatı anbarında iki partlayış nəticəsində ən azı 25 hərbçi həlak olub. Bu barədə cümə axşamı Türkiyənin NTV telekanalı xəbər verir.
Daha dörd əsgər yaralanıb.
Ordu komandanlığı bildirib ki, bu, terror hücumu olmayıb. Partlayış alışmadan sonra baş verib və onun səbəbləri araşdırılır.