Sloveniyanın “Inter-Im” şirkəti Azərbaycana raps yağı (raps bitkisinin toxumlarından alınan bitki yağı) satmaqda maraqlıdır. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
“ Inter-Im şirkəti Azərbaycana raps yağını ixrac etməyə hazırdır.Bununla əlaqədar şirkət Azərbaycanda tərəfdaşlar axtarır”,- deyə məlumatda qeyd olunub.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.