2012-ci il avqust ayının 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,195 min ədəd təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, avqustun 1-nə Bakıda 1 225 (artım 3,9%), regionlarda 970 bankomat (artım 1,8%) quraşdırılıb.
2012-ci ilin yanvar-iyul aylarında respublikanın ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayında artım müşahidə edilib. İyul ayının sonuna onların sayı 36,523 min ədəd (artım 2,8 dəfə) təşkil edib.
Bununla yanaşı, Bakıda 33,34 min (artım 2,7 dəfə), regionlarda 3 183 pos-terminal (artım 3 dəfə) quraşdırılıb.
2012-ci il avqustun 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 34,989 min bankomat və ya bütün pos-terminalların 95,8%-i quraşdırılıb.