Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev MDB çərçivəsində terrorizm və ekstremizmin təzahürünün qabaqlanması üzrə işləri çox mühüm dərəcədə fəallaşdırmaq lazım olduğunu hesab edir.
Cümə günü MDB ölkələri DİN rəhbərləri Şurasının iclasında çıxışı zamanı o vurğulayıb ki, bu gün dünya ictimaiyyəti beynəlxalq əməkdaşlığın möhkəmlənməsi və vahid təhlükəsizlik mexanizmlərinin formalaşdırılması yolu ilə addımlayır.
“Kriminal təzahürlərə səmərəli şəkildə qarşıdurmaq üçün səylərimizi birləşdirmək və əlaqələndirmək çox vacibdir. Dövlətdaxili və beynəlxalq səviyyələrdə görülən tədbirlər arasında qarşılıqlı əlaqəni dəqiq bilmək lazımdır”, - deyə V.Kolokoltsev bildirib.
O vurğulayıb ki, indiki halda müxtəlif istiqamətlər üzrə birgə hərəkət proqramları səmərəli mexanizm kimi görünür.
Nazir terrorizm və ekstremizmin təzahürlərinə qarşı mübarizədə xüsusi dayanaraq qeyd edib ki, hazırki şəraitdə qabaqını almağa işləmək strateji vacibdir.
“Millətlərarası və dini zəmində ədavəti qızışdırmaq üçün istifadə olunan münaqişə mənbələrinin və vəziyyətlərin vaxtından əvvəl aşkar etmk lazımdır”, - deyə nazir bildirib.
Bu problemin aktuallığını nəzərə alaraq o antiterror qarşılıqlı əlaqə məsələlərinin bütün spüktrini yaxın zamanda keçiriləcək MDB ölkələri DİN rəhbərləri Şurasının iclaslarının birində müzakirə etməyi təklif edib.