Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına üzv olan ölkələrdən 19-unun ATƏT-dəki daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə təşkilatın Bakı ofisinin mətbuat xidmətindən məlumat verilib.
Bu ölkələrin səfirləri sentyabrın 10-u və 11-də Bakıda olacaq. Onlar hökumət nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcəklər.
Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.