Sahibkarliğa Kömək Milli Fondu (SKMF)Azərbaycanda sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsi ilə 2012-ci ilin əvvəlindən ümumi məbləği 157 mln. manata bərabər olan güzəştli kreditlər verib.Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildiri.
İlin əvvəlindən fondun vəsaitləri hesabına 1 785 layihə investisiyalaşdırılıb.
“Bu layihələrin kreditləşdirilməsi 6,9 mindən çox yeni iş yeri yaratmağa imkan verəcək”.- deyə Məlumatda SKMF-nin icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd olunur. Məlumatda qeyd olunur ki, cümə axşamı SKMF Sabirabaad rayonununda “Regionlarda sahibkarlığa dövlət dəstəyi proqramı” çərçivəsində tədbir keçirib. Tədbirdə bakı qəsəbələrində fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak edib.
Ş.Abdullayev tədbirdə qeyd edib ki, indiyə qədər Aran iqtisadi rayonunda SKMF-nin kreditləri hesabına 769 sahibkar ümumi məbləği 51 mln. manata bərabər olan kreditlər alıb.
“ Cümə axşamı keçirilən tədbir çərçivəsində Sabirabad və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyekti ümumi məbləği 5,3 mln. manat təşkil edən güzəştli kreditlər alıb. Bu layihələrin kreditləşdirilməsi təxminən 250 yeni iş yerinin yaradılmasına şərait yaradacaq”, - deyə məlumatda qeyd olunur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat kredit verilməsini planlaşdırır.