Azərbaycan zabiti Ramil Səfərovun Mcarıstandan Bkıya ekstradisiya edilməsi və Azərbaycan Prezidenti tərəfindən əfv olunması tamamilə qanunidir. Azərbaycanın dövlət başçısı İlham Əliyev belə bəyan edib.
“Ramil Səfərovun ekstradisiyası Aropa Konvensiyasına müvafiq olaraq həyata keçirilib və onun Pezident tərəfindəın əfv olunması Azərbaycan Konstitutsiyasına uyğundur”,- deyə İ.Əliyev cümə günün Bakıda NATO-nun baş katibi Andres Foq Rasmussenlə birgə mətbuat konfransında bildirib
“Syasi nöqteyi-nəzərdən hər şey aydındır.Kimlərki Azərbaycanın konvensiyanı pozduğunu söyləyir,onlar ya reallığı görmürlər,ya da ictimaiyyəti çaşdırmağa çalışırlar”,- deyə Prezident əlavə edib.
İ.Əliyev qeyd edib ki, Ermənistan bu məsələdən Qarabağ münaqişəsi üzrə sülh danışıqlarına zərbə kimi istifadə etməməlidir. “Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfadardır”,- deyə İ.Əliyev vurğulayıb.
Baş leytenant Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO qoşunları tərkibində hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı öldürüb. R,Səfərov Budapeşt məhkəməsi tərəfindən ilk 30 il müddətində əfv olunmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Avqustun 31-də Macarıstan R.Səfərovu Azərbaycana ekstradisiya edib, həmin gün o Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.