Azərbaycan Kulinariya Assosiasiyası Ermənistan tərəfindən milli yeməklərimizin mənimsənilməsi ilə mübarizə üzrə qlobal iş aparır. Bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tair Əmiraslanov cümə günü jurnalistlərə məlumat verib.
“Hazırda çox hissəsi Azərbaycan milli mətbəxi olan milli irsimizin siyahıları hazırlanır. Ermənilər tərəfindən Azərbaycan milli kulinariyasının mənimsənilməsi cavabsız qalmır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Assosiasiya erməni tərəfinin bu cür cəhdlərinin efektiv qarşısını alır.
“Biz bu məsələyə dair mövqeyimizin Rusiyada dərc olunan “Ноев ковчег” erməni qəzetinin səhifələrində işıqlandırılmasına nail olmuşuq. O cümlədən, digər KİV-lərdə məqalələrimiz dərc olunur”, - deyə T.Əmiraslanov qeyd edib.
O bildirib ki, Ermənistan 21 il ərzində kulinariya üzrə beynəlxalq tədbirlərdə
iştirak etmir.
“Azərbaycan isə yalnız həmin tədbirlədə iştirak etmir, həm də ölkəmizin nümayəndələri beynəlxalq forumlar, konfranslarda münsiflər heyətinə rəhbərlik edirlər, o cümlədən tədbirlərə təşkilatçılıq edirlər”, - deyə T.Əmiraslanov vurğulayıb.
“Assosiasiyamız erməni kimi qələmə verilən Azərbaycan milli kulunariya yeməkləri ilə əlaqədar dəfələrlə Ermənistanın müvafiq strukturlarına yazılı şəkildə müraciət edib. Lakin, əfsuslar olsun ki. biz indiyədək heç bir cavab almamışıq”, - deyə o qeyd edib.