Azərbaycan son dörd il ərzində MDB ölkələri arasında rəqabətlilik üzrə liderdir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət , təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov belə hesab edir.
Xəbər verildiyi kimi, Global Competitiveness Report- 2012-2013” adlı hesabata əsasən, Azərbaycan 144 ölkənin reytinq cədvəlində 46-cı yeri tutub. Bundan əvvəlki reytinqdə respublika 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
“ Rəqabətlilik Reytinqində Azərbaycan dünyanın 50 iqtisadi cəhətdən rəqabətə davamlı ölkəsi sırasına daxil olub.Keçən ilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini 9 pillə yaxşılaşdırıb, Bu dövlət başçımızın apardığı iqtisadi siyasətin uğurlu göstəricisidir”,- deyə İqtisadi İnkişaf Nazirliyinin məlumatında Əş.Muradova istinadən bildirilir.
Onun sözlərinə görə, keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı üzrə qeydə alınıb -19 pillə irəliləyiş olub.
“İnnovasiya potensialına görə Azərbaycan reytinq cədvəlində 14 pillə, texnoloji səviyyə üzrə 13 pillə,institutların keyfiyyəti üzrə 5 pillə irəliləyib. Azərbaycanın makroiqtisadi sabitlik göstəricisi ilk iyirmilikdə (18-ci yer) qərarlaşıb ki, bu da yaxşı göstəricidir”,- deyə o qeyd edib.
Azərbaycan rəqabətlilik indeksi üzrə MDB ölkələri arasında liderlik edir.Ondan sonra Qazaxıstan, Rusiya, Ukrayna və digər ölkələr gəlir.
“ 2005-ci ildən başalayaraq MDB ölkələri arasında Azərbaycandan başqa Ukrayna,Qazaxıstan ,Rusiya və Tacikistan da öz mövqelərini yaxşılaşdırıb. Azərbaycan 23, Ukrayna 11, Qazaxıstan 10, Rusiya 8, Tacikistan 4 pillə irəliləyib. Başqa sözlə, Azərbaycan irəliləmə tempinə görə də liderlik edir2”,- deyə Ə.Muradov qeyd edib.
Rəqabətlilik indeksinin hesablanmasında hər ölkə üçün 12 əsas göstəricidən istifadə olunur; institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, səhiyyə və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, ticarət bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabətliliyi,innovasiya potensialı.