“ZQAN Holding” Ucarda yeni “Ucar Aqro” MMC kəsim sexinin tikintisinə başlayıb. Bu barədə holdinqdən məlumat verilib.
“Sahəsi 5 hektar olan bu kəsim sexi (digər istehsalat sexləri ilə ümumi sahəsi 87 hektar) “Halal” standartlarına cavab verən müasir texnologiyalar üzrə təmiz quşuluq məhsulları istehsal edəcək. Sex istifadəyə verildikdən sonra saatda 6000 quş emal edəcək”, - deyə mlumatda qeyd olunur.
Tikintini 18-20 ay əzrində başa çatdırmaq planlaşdırılır.
“Tikintisinə başlanan kəsim sexi ölkənin quşçuluq sahəsində müasir texnologiyalar üzrə işləyənlərdən biri olacaq. Bu müəssisənin dünyada avadanlıq istehsal edən ən qabaqcıl Hollandiyanın Meyn şirkətinin avadanlığı ilə təchiz olunacağını qeyd etmək kifayətdir. Bu, öz növbəsində, məhsulların daha sürətli istehsalı və keyfiyyətli olması deməkdir. Sex istismara veildikdə burada 150-160 daimi iş yerləri açılacaq. Ümumilikdə, quşçuluq fermasında 800-dən artıq insan işlə təmin ediləcək”, - deyə məlumatda “ZQAN Holding”in idarə heyətinin sədri Vaqif Həsənovun sözlərindən sitat gətirilir.
“ZQAN Holding” 2000-ci ildə yaradılıb. ZQAN şirkətlər qrupu tikinti materiallarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana və istirahət mərkəzləri, mülki tikintisi, daşınmaz əmlak və əmlakın idarə edilməsi kimi sahələrdə iştirak edir.