Azərbaycanın gənc estrada müğənnisi Cəlal Abbasov Yaltada estrda ifaçılarının “Şərq bazarı” VIII Beynəlxalq televiziya müsabiqəsində Qran-Pri mükafatını qazanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müğənni özü məlumat verib.
“Müsabiqənin qaydalarına əsasən, ifaçılar öz döğma dillərində üç mahnı ifa etməli idilər. Azərbaycanın təmsilçisi Eldar Mansurovun “Bayatılar” kompozisiyasına remiks, həmçinin bu müəllif tərəfindən bəstələnmiş “ Gözəl həyat!”, eləcə də Elza İbrahimovanın “Ey Vətən!” mahnılarını oxuyub”,- deyə C.Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycan təmsilçisinin ilk dəfə çıxış etdiyi müsabiqə sentyabrın 6-dan 10-na qədər keçirilib.
Cəlal Abbasov müxtəlif festivalların: “Bakı gecələri” estrada mahnıları müsabiqəsinin Qran-Pri, Türkiyənin Mersin şəhərində türkdilli xalqlar arasında musiqi festivalında birinci yerin , “Qulyay duşa” Beynəlxalq Şanson Festivalında Qran-Pri mükafatının sahibidir.