“Ukrspestunnelproyekt” ASC Bakı Metropoliteninin “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər yeni qolunun tikintisinin teniki iqtisadi əsaslandırmasını (TİƏ_ hazırlayacaq.Bu barədə bazar ertəsi jurnalistlərə cəmiyyətin baş mütəxəssisi Yevgeni İqnatoviç məlumat verib.
“Bakı Metropoliteni ilə müvafiq saziş artıq imzalanıb.Hazırda ilkin məlumatlar toplanır və bu qolda metronun yeni stansiyalarının yeri müəyyənləşdirilir”,- deyəY.İqnatoviç bildirib.
Onun sözlərinə görə, TİƏ cari ilin sonuna qədər hazır olmalıdır.” Lazımı maliyyələşdirılmə ayrılarsa tikinti işlərinə 2013-cü ildə başlamaq olar “,- deyə o qeyd edib.
Y.İqnatoviç əlavə edib ki, tikinti işlərinə Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyası da cəlb ediləcək. Ukrspestunnelproyekt” ASC bu Assosiasiyanın tərkibinə daxildir
Yeni qolda 2-3 metro stansiyası tikilə bilər”.- deyə o qeyd edib.
Bakıda Metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni iki xətt və 23 fəaliyyət göstərən stansiyadan ibarətdir.2030-cu ilə qədər mövcud olan iki xəttin genişləndirilməsi və üç yeni xəttin tikilməsi hesabına 53 yeni stansiyanın tikilməsi planlaşdırılır.