Sentyabrın 14-dən Azərbaycanda ilk dəfə olaraq yeni milli qısametrajlı bədii filmlərin nümayişinə başlanacaq. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sentyabrın 30-dək davam edəcək nümayişlər zamanı kino həvəskarlarına “Koramal”, “Ağ qan”, “Nəfəs” və digər qısametrajlı filmləri təqdim olunacaq. Filmlər Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Bu ekran əsərləri bir sıra beynəlxalq kino festivallarının qalibi və iştirakçısı olub.