Azərbaycanda 2012-ci ilin sentyabr ayının əvvəlinə pambıq yığımı 2,709 min ton təşkil edir, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatna görə, pambıq əkin sahələrinin ümumi həcmi 29 104 hektar təşkil eir, bu isə ötən ilin göstəricisindən 32% azdır.
Sentyabrın əvvəlinə olan vəziyyətə görə, Saatlı rayonunda - 1609 ton, Sabirabad rayonunda – 382 ton, Biləsuvar rayonunda 0 294 ton pambıq yığılıb.
Ümumilikdə, Azərbaycanın 24 rayonunda pambıq əkin sahələri mövcuddur. Bununla yanaşı, hazırda respublikanın 9 rayonunda pambıq yığımı aparılır.
2011-ci ilin yekunları üzrə Azərbaycanda pambıq yığımı 4,6 min ton təşkil edib.