Azərbaycandakı bankların əhalinin əmanətləri üzrə portfeli əsasən Bakı sakinlərinin hesabına formalaşır.Bu barədə “İnterfaks – Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2012-ci il avqustun 1-nə respublikanın banklarında əhalinin əmanətlərinin ümumi həcmi 4 mlrd. 415 mln.228,7 min manat təşkil edir. Bunlardan 4 mlrd. 44 mln. 990,5 manat və ya 91,6% Bakı sakinlərinin əmanətlərinin payına düşür.
Bakıda əhalinin əmanətləri orta illik 8,8% dərəcəsi ilə qəbul edilir. Respublika üzrə bu göstərici 8,6% təşkil edir.
Ümumilikdə, paytaxt sakinləri əmanətlərini milli valyuta ilə yatırmağa üstünlük verirlər. Onların payına 2 mlrd. 201 mln. 382,2 min manat və ya Bakı üzrə bütün əmanətlərin 54,4%-i düşür. Xarici valyuta ilə qoyulan əmanətlər 1 mlrd. 843 mln.608,4 min manat və ya Bakı üzrə bütün əmanətlərin 45,6%-ni təşkil edir.
Paytaxttda əhalinin xarici valyuta ilə əmanətləri banklar tərəfindən orta illik 9,5%, milli valyuta ilə olan əmanətlər 8,2 % dərəcəsi ilə qəbul edilir.
Regionlarda Abşeron iqtisadi rayonunun əhalisi əmanətlərini banklarda saxlamağa daha çox üstünlük verirlər. 2012-ci il avqustun 1-nə Abşeron iqtisadi rayonunun banklarında əhalinin əmanətləri 108 mln. 146,7 min manat ( orta illik dərəcə9,1% ) təşkil edir.
Gəncə-Qazax iqtisadi rayonunun bankları 78 mln. 129,1 min manat ( orta illik dərəcə 6,7%), Aran iqtisadi rayonunun bankları 63 mln. 619,5 min manat (orta illik dərəcə 4,6%) əmanət cəlb edə biliblər.
Bakıda olduğu kimi,regionlarda da əmanətçilər milli valyutaya üstünlük verir.
Qalan əmanətlər respublikanın digər iqtisadi rayonlarının payına düşür.