Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları keçən həftə 39 narkomanı və narkotik alverində şübhəli bilinən iki nəfəri saxlayıblar.Bu barədə “İnterfaks -Aərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Narkomanlardan ümumi miqdarı 15,62 qrama bərabər olan marxuana,6,419 qram heroin, 3,098 qram tiryək müsadirə edilib.
Aparılan əməliyyat tədbirləri nəticəsində narkotik maddə alverçilərindən 6,043 kq tiryək və 2,100 kq marixuana götürülüb.
Bundan başqa, DİN əməkdaşları respublikanın müxtəlif regionlarında 1,934 ton yabanı çətənə kolu aşkarlayıb və məhv ediblər.