SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 2012-ci il sentyabrın 1-nə 1 mln. 429,257 min nəfərə çatıb.Bu barədə SOCAR-ın rəsmi saytı məlumat verir.
“Bunlardan 1 mln. 411,724 min əhali, 17,533 min qeyri-əhali qrupuna aid istehlakçılardır.” Azəriqaz”ın Bakı şəhərində abonentlərinin sayı 645,264 min təşkil edir ki, onlardan 635,884 min əhali, 9,38 min qeyri əhali abonentləridir”,- deyə məlumatda bildirilir.
İB-in məlumatına əsasən, 1 mln.428,112 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 mln.410,579-u əhali (99,9 %), 17,533mini qeyri-əhali (100 %) istehlakçılarıdır. Bakı şəhəri üzrə 644,634 min və ya 99,9 % abonent , ölkə regionlarında 99,9% və ya 783,478 min abonent sayğaclaşdırılıb.
Əhali arasından 440 minə yaxın abonent “smart- kart” tipli sayğaclarla təmin edilib.