Bakı Metropoliteni sentyabrın 15-nə qədər təmirdən sonra “28 May” metro stansiyasının əsas çıxışını açmağı planlaşdırır. Bu barədə Bakı Metropolitenin rəis müavini Arif Rəsulov bazar ertəsi jutrnalistlərə məlumat verib.
“28 May” metro stansiyasının əsas çıxışı planlaşdırıldığı kimi, sentyabrın 15-nə qədər təsdiq ilinin əvvəli üçün saat 6:00-dan açılacaq. Təmir işləri zamanı köhnə eskalatorlar yeni ilə əvəz edilib və sayları 3-dən 4-dək artırılıb, ikisinin eni 80 sm, digərkllərinin – 1 metr təşkil edir. İndi stansiyanın yenidənqurma işlərinə başlanılacaq”, - deyə A.Rəsulov qeyd edib.
Onun sözlərinə görə, 2013-cü ildə Bakı Metropoliteni mövcud metro stansiyalarından birində yenidənqurma işlərinə başlamağı planlaşdırır.
“İşləri üç stansiyadan – “Xətai”, “Nizami” və ya “Sahil” birində aparmaq planlaşdırılır, lakin son seçim hələ ki edilməyib”, - deyə A.Rəsulov qeyd edib.
O vurğulayıb ki, 2014-cü ilin əvvəlində yeni “Avtovağzal” metro stansiyası istifadəyə veriləcək. 2015-2016-cı illərdə Köhnə Günəşli qəsəbəsinə metro stansiyası çəkiləcək.
Bakıda Metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni iki xətt və 23 fəaliyyət göstərən stansiyadan ibarətdir. Bakı Metropolitenində illik sərnişin daşımanın həcmi 200 mln. nəfər təşkil edir.