Oktyabrın 7-də Heydər Əliyev Sarayında SSRİ xalq artisti, əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayeva həsr olunan konsert keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sarayın mətbuat xidmətindən məlumat verilib.
“Sən mənim melodiyamsan. Görkəmli müğənniyə həsr olunur...” adlı konsert Azərbaycan və Rusiyadan olan qonaqların iştirakı ilə keçiriləcək. Gecənin proqramına M.Maqomayevin repertuarından ariya və mahnılar daxildir.
Biletlərin qiyməti 20-300 manat təşkil edir.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. M.Maqomayev 1962-ci ildə Azərbaycan inscəsənəti festivalının yekun konsertində çıxışından sonra ümumittifaq şöhrəti qazanıb. Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında vəfat edib. Müğənni müxtəlif beynəlxalq müsabiqələrin laureatı olub, bir çox mükafatlara layiq görülüb.