“RoyalBank” ASC-nin əmanətçilərinə 11 mln.723 min manat məbləğində kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun(ADİF) saytında məlumat verilir
“ 2012-ci il sentyabrın 5-nə RoyalBankın 1162 əmanətçisi kompensasiya alıb”,- deyə məlumatda bildirilir.
Xüsusilə, bankda əmanətləri olan 1080 rezident kompensasiya alıb.Onlara 8 mln. 42 min manat, $3,094 mln. və68 min avro ödənilib.
Həmçinin, 82 qeyri-rezident kompensasiya alıb.Onlara 213 min manat və $781 min ödənilib.
ADİF-in məlumatına görə, ümumilikdə “RoyalBank”da 14 mln. 658 min manat məbləğində əmanətləri olan 7067 əmanətçi kompensiya ala bilər.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı 2012-ci il iyulun 13-dən etibarən fəaliyyətində qanun pozuntuları ilə əlaqədar “RoyalBank” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
İyulun 18-də növbədənkənar iclasda ADİF-ın Qəyyumluq Şurası “RoyalBank”ın əmanətçilərinə sığortalanan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə dair üç agent bankı müəyyən edib.
ADİF-in məlumatına əsasən, “RoyalBank” əmanətçilərinin 98%-i fond tərəfindən sığortalanıb. 30 min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100% həcmində kompensasiya ediləcək.
ADİF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.