Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iqtisadi, siyasi və regional əməkdaşliq məsələləri müzakirə olunur.
ANS teleşirkətinin regional müxbirinin xəbər verdiyi kimi, iclasda iki ölkənin hökumət üzvləri iştirak edirlər. Tərəflər əsasən, iki ölkə arasında mal dövriyyəsinin artırılması, TANAR qaz kəməri layihəsinin reallaşdırılması məsələlərini müzakirə edirlər. Görüşlərin yekununa əsasən, yeddi , o cümlədən yekun protokolunun, eləcədə nəqliyyat, kənd təsərrüfatı, təhsil, fövqəladə hallarda qarşılıqlı yardım sahələrində sənədlərin imzalanması gözlənilir.İclasdan qabaq iki ölkə liderlərinin təkbətək görüşü keçirilib.
“ İclas zamanı hər iki tərəfi maraqlandıran məsələlər üzrə geniş fikir mübadiləsi aparılacaq”.- deyə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.” Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri və hazırki vəziyyətlə bağlı fikir mübadiləsi də aparılacaq”,- deyə o bildirib.
Türkiyə baş nazirinin Azərbaycana səfərinin başa çatmasından öncə, çərşənbə günü Zaqatala və Şəki rayonlarında da olacağı gözlənilir.
İki ölkənin Starteji Əməkdaşlıq Şurasının birinci iclası bir il əvvəl İzmir şəhərində keçirilib.