Suriyada vətəndaş müharibəsinin davam etdiyi şəraitdə heç bir demokratik seçkidən söhbət gedə bilməz.Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bəyan edib.
“ Sağlam təməl olmadan gələcək seçkilərin heç bir mənası olmayacaq”.- deyə baş nazir Qəbələdə mətbuat konfransında Bəşər Əsədin gələcək seçkilərdə məğlub olacağı təqdirdə öz postunu təhvil vermək barədə vədlərinə münasibət bildirərkən söyləyib.
Ərdoğanın sözlərinə görə, Suriyada vətəndaş müharibəsi davam edir və “belə şəraitdə seçkilərin nəticəsi əvvəlcədən məlumdur”.Bununla yanaşı, Türkiyənin baş naziri xatırladıb ki, Suriya əhalisinin əksəriyyəti əvvəlki seşkilərdə məhz ölkədə sağlam atmosfer olmadığı üçün iştirak etməyib. Ərdoğan Suriya rejiminin Cenevrədə qəbul edilmiş qərarları yerinə yetirmədiyinə təəssüfləndiyini bildirib.
“Kofi Annanının istefa səbəbləri aydındır.Hazırda bu vəzifəni Lahdar Brahimi icra edir, lakin o indidən bunun nə qədər mürəkkəb olduğunu etiraf edib”,- deyə Ərdoğan vurğulayıb.