Qobustan rayonunda abadlıq işləri davam etdirilir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosu xəbər verir.
Məktəblərin tikintisinə xüsusi diqqət yetirilir. Belə ki, rayonun üç kəndində yeni məktəb binaları tikilir, tikinti işləri başa çatmaq üzrədir. Bunlar Göydərə kəndində 80 yerlik, Cəmcəmli kəndində 180 yerlik, Cəyirli kəndində 640 yerlik məktəblərdir. Məktəblərin yeni dərs ilinə istismara verilməsi planlaşdırılır.
Bundan başqa, regionda 792 kvadrat metr ərazidə Gənclər Mərkəzinin tikintisinə başlanılıb, həmçinin Bayraq Meydanı inşa edilir, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına altı kəndi birləşdirən yolun tikintisi başa çatır.