Sentyabrın 14-də Bakıda Azərbaycan və Cənubi Koreya iş adamlarının işgüzar görüşü keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında yerləşdirilmiş məlumatda bildirilir.
Şüşə məmulatları, istilik sistemləri, optik linza, qapı və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən cənubi koreyalı iş adamları işgüzar görüşdə iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.