İqtisadi İnkişaf Nazirliyinə lisenziya və mənşə sertifikatlarının alınması üçün 600-ə yaxın elektron müraciət daxil olub. Bu barədə nazirliyin məlumatında deyilir.
“Bu müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, on-line rejimində təmin edilib. Bundan başqa, daxil olmuş elektron müraciətlər əsasında kommersiya hüquqi şəxslərin qrant müqavilələri elektron qaydada qeydiyyata alınıb”, - deyə məlumatda qeyd edilir.
Dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən cərimə və maliyyə sanksiyalarının on-line rejimində ödənişi həyata keçirilib.
Məlumatda vurğulanır ki, İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsində yeni bölmə - Elektron Xidmətlər Bölməsi yaradılıb.