Bu il Masallı rayonunun məktəblərinin məzunları arasından Azərbaycanın ali məktəblərinə daxil olanların sayı artıb.Bu barədə çərşənbə günü “İnterfaks -Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Bu il Masallı rayonunun ali məktəblərinin məzunları arasında ali məktəblərə daxil olanların sayında artım müşahidə olunub. 236 abituriyentdən 5-i 600-dən , 44-ü 500-dən yuxarı bal toplayıb”,- deyə Rayon Təhsil Şöbəsinin müdiri Asdan İbişov 2011-2012-ci dərs ilinin yekunlarına həsr olunmuş konfransda bildirib.
Bununla belə o Qərblər, Yenikənd və Kalinovka kəndlərindən heç bir abituriyentin ali məktəbə daxil ola bilməməsinə təəssüfləndiyini bildirib.
A.İbişovun sözlərinə görə, rayonda 27,122 min məktəblinin təlim-tərbiyəsi ilə 2.735 min müəllim məşğul olur.
Bundan başqa, konfransda yeni məktəblərin inşası məsələsinə toxunulub, ayrı- ayrı məruzələr dinlənilib, təhsil sahəsində problemlər müzakirə olunub.Konfransın işində Massallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, həmçinin təhsil nazirliyinin nümayəndələri iştirak ediblər.