Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublika məktəbləri üçün dərsliklərlə iş üzrə yeni şöbə yaradıb. Bu barədə TQDK sədri Məleykə Abbaszadə cümə günü mətbuat konfransında məlumat verib.
“Bu günlərdə mən məktəb dərsliklərinin hazırlanması üzrə şöbəyə TQDK-nın əməkdaşı Afiqə Batıyevanı müdir təyin etdim”, - deyə M.Abbaszadə bildirib.
Onun sözlərinə görə, hazırda A.Batıyeva şöbənin digər əməkdaşları ilə Qazaxıstanda keçirilən Beynəlxalq konfransın işində iştirak edirlər. “Onlar konfransdan geri qayıtdıqdan sonra həmin şöbənin təqdimatı keçiriləcək”, - deyə o əlavə edib.
Bundan başqa, TQDK sədri qeyd edib ki, məktəb buraxılış imtahanlarının daimi keçirilmə qaydaları hazırlanıb və Naxirlər Kabinetinə göndərilib. “Çox ehtimal ki, onlar oktyabr ayında təsdiq ediləcək”, - deyə o bildirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ali məktəblərinə mərkəzləşdirilən test imtahanları keçirir. Bundan başqa, cari il TQDK-ya ölkənin məktəblərində buraxılış imtahanlarının keçirilməsi, o cümlədən məktəb dərsliklərinin hazırlanmasına nəzarət tapşırılıb. Öncə bu səlahiyyətlər Təhsil Nazirliyində olub.