Heydər Əliyev Sarayında Rusiyanın tanınmış müğənnisi, xalq artisti Filipp Kirkorovun konserti keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sarayın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, F.Kirkorov noyabrın 9-da paytaxtda “3D-Show” adlı şou-proqramla çıxış edəcək.
Konsert saat 19.00-da başlayacaq. Biletlərin qiyməti 45-100 manatdır.