2012-ci il sentyabrın 17-də saat 15.00-da “İnterfaks-Azərbaycan” informasiya agentliyinin mətbuat mərkəzində “İncəsənət” jurnalının təqdimatı və “Xəzər” biennalisinin keçirilməsinə həsr olunan mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, həmçinin dünyada məşhur sənətşünaslar – Nadim Samman (Böyük Britaniya), Klara Pamfili Tosi, David Dormino (İtaliya), Leonid Bajanov (Rusiya) iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07