Azərbaycan Prezidenti İlham Əliyev 11 min tamaşaçı yeri olan“8 KM” stadionunun açılış mərasimində iştirak edib. Bu barədə rəsmi mətbuat cümə günü məlumat verib.
Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.
İ.Əliyev stadionda yaradılan şəraiti yüksək qiymətləndirib.
Həmim gün Prezident Bakının Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında iştirak edib.
Bildirilib ki, 1998-ci ildə xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 75 illik yubileyi münasibətilə salınan parkın ərazisi 56 min kvadratmetrdir. Burada inşa olunan dördmərtəbəli binada kafelər, rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, ofislər yerləşir. Parkda, həmçinin iki kafenin fəaliyyət göstərdiyi üçmərtəbəli bina və yeraltı əyləncə mərkəzi tikilib.