2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM istehsalı 35 mlrd. 136,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Yanvar-avqust aylarında qeyri-neft sektorunda ÜDM istehsalı 10,7% artıb, bu sektorda istehsal olunmuş ÜDM-in həcmi 17 mlrd. 496 mln. manat təşkil edib.
Neft sektorunda istehsal 8 ay ərzində 6,8% azalıb.
DSK-nın məlumatına görə, hesabat dövründə ÜDM-in 67,3%-i istehsal sahələrinin, 26,5% - xidmətlərin, 6,2% - vergilərin payına düşüb.
ÜDM-in strukturunda 51,9% sənaye, 9,6% - inşaat kompleksi, 5,8% - kənd təsərrüfatı, 4,8% - nəqliyyat, 8,2% - ticarət və pullu xidmətlər, 1,7% - rabitə, 11,8% - sosial və digər xidmətlərin payına düşüb.
Yanvar-avqust aylarında əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3838,4 manat ($4883,4) təşkil edib.
Azərbaycan hökuməti 2012-ci ildə ÜDM artımını 2,2% səviyyəsində proqnozlaşdırır.
2011-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.