2012-ci ilin yanvar-iyul aylarında ayında Azərbaycanən dövlət büdcəsinin profisiti 1 mlrd. 75,5 mln. manat və ya ÜDM-nin 3,5%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Malyyə Nazirliyindən məlumat verilib.
“2012-ci ilin 7 ayı ərzində dövlət büdcəsinin gəlirləri 9 mlrd. 681,2 mln. manat, xərcləri 8 mlrd. 605,7 mln. manat təşkil edib”, - deyə Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 41%, xərcləri 38,8 % artıb.
Gəlirlərin strukturunda 16,7% - mənfəət vergisi, 13% - ƏDV, 3,2% - aksizlər, 4,7% - fiziki şəxslərdən gəlir vergisi, qalan göstəricilər vergi və gəlirlərin başqa növləri üzrə təmin edilib.
Hesabat dövründə büdcə xərclərinin strukturunda 4 mlrd. 462,6 mln. manat və ya 51,9% iqtisadiyyatın inkişafına, 1 mlrd. 116,9 mln. manat - sosial müdafiə və sosial təminata, 1 mlrd. 53,5 mln. manat –təhsul və səhiyyə sahəsinin maliyyələşdirilməsinə yönəldilib.
2012-ci il üçün Azərbaycanın dövlət büdcəsi 17 mlrd. 38 mln. manat gəlirlər, 17 mlrd. 672 mln. manat xərclər ilə təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 634 mln. manat və ya ÜDM-nin 1,3 %-i səviyyəsində proqnozlaşdırılır.