2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının istehsal həcmi 3 mlrd. 460,108 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 6,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən xəbər verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövrü ərzində heyvandarlıq sahəsində artım 5,6% təşkil edib. Bununla belə, yanvar-avqust aylarında 295,5 min ton ət (аrtım 3,4%), 1145,8 min ton süd (аrtım 7%), 794,1 mln. ədəd yumurta (аrtım 19,5%) və 15 min ton yun (аrtım 1,6%) istehsal edilib.
Cari ilin 8 ayı ərzində bitkiçilik sahəsində artım 7,6% təşkil edib.
Sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda taxıl və paxlalı bitkilərin yığımı (qarğıdalı nəzərə alınmayaraq) 99,7% başa çatıb. Nəticədə, 2 mln. 616,2 min ton taxıl və paxlalı bitkilərin yığılıb (2011-ci ilin 8 ayı ilə müqayisədə artım 13,6%).
Bundan başqa, sentyabrın 1-nə olan məlumata görə, ölkədə 58,6 min ton qarğıdalı, 2,7 min ton pambıq, 16,9 min ton günəbaxan, 706,8 min ton kartof, 968 min ton tərəvəz, 396,8 min ton bostan məhsulları, 331,4min ton meyvə və giləmeyvə, 31,6 min ton üzüm, 395,4 min ton yaşıl çay yarpağı və 2 mln. 501,6 min ton tütün yığılıb.