Azərbaycanın rabitə və poçt müəssisələri 2012-ci ilin yanvar- avqust aylarında 898,3 mln. manat məbləğində xidmət göstəriblər .Bu keçən ilin analoji dövrünün göstəricisini 18,7% üstələyir. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
72,2 % xidmətin istehlakçısı fiziki şəxslər olub ki, onlara 648,5 mln. manat məbləğində xidmətlər göstərilib. Bu 2011-ci ilin yanvar-avqust aylarına olan göstəricidən 15,7 % çoxdur.
2012-ci ilin yanvar - avqust aylarında ölkədə fəaliyyətdə olan üç mobil rabitə operatoru - Azərcell Telecom, Bakcell və Azərfon tərəfindən göstərilən mobil rabitə xidmətinin payına bütün rabitə xidmətlərinin 59,9%-i və ya 537,7 mln. manat düşüb ki, bu da 2011-ci ilin 8 ayına olan göstəricidən 16,5 % çoxdur.