Ötən həftə Azərbaycan polisləri axtarışda olan 97 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 9 nəfər həlak olub, 11 nəfər bədən xəsarətləri alıb və zəhərlənib, 6 nəfər intihar edib.
3 nəfər qətldə, 8 nəfər sui-qəsddə və qəsdən xəsarət yetirməkdə, 9 nəfər qarət və soyğunda, 19 nəfər oğurluqda, 3 nəfər avtomobil qaçırmaqda, 5 nəfər dələduzluqda, 1 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 5 fakt qeydə alınıb.