Milli Məclisin iqtisadi siyasət komitəsi parlamentin payız sessiyasının plenar iclasnda III oxunuşa Rəqabət Məcəlləsinin layihəsini çıxarmağı planlaşdırır. Bu barədə komtənin sədri Ziyad Səmədzadə məlumat verib.
“Biz bu məsələni müvafiq strukturlar, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayevlə müzakirə etmişik. Parlamentin payız sessiyasında bu sənədə dair müzakirələri başa çatdırmaq niyyətindəyik”, - deyə Səmədzadə bildirib.
Onun sözlərinə görə, Milli Məclisin iqtisdadi siyasət üzrə komitəsi parlamentin payız sessiyasında həmçinin “Təhsil kreditləri haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihələrini, Milli Məclisin Aqrar siyasət komitəsi ilə birgə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunu parlamentin müzakirəsinə çıxarmaq niyyətindədir.
Xəbər verildiyi kimi, parlament 2007-ci ilin 14 dekabrında ikinci oxunuşda İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan Rəqabət Məcəlləsini qəbul edib. Lakin İİN Məcəllənin layihəsini təkmilləşdirmək qərarına gəlib. Bu səbəbdən sənədin
üçüncü oxunuşda müzakirəyə çıxarılması üçün təqdim edilməsi uzanır.