Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları 54 narkomanı və narkotik maddə alverində şübhəli bilinən 6 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkomanlardan ümumilikdə 21,45 qram marixuana, 7,235 qram heroin və 5,089 qram tiryək müsadirə edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddə alverçilərindən 20,570 kq çətənə, 17,280 kq həşiş və 11,210 kq heroin müsadirə edilib.
Bundan başqa, DİN əməkdaşları respublikanın müxtəlif regionlarında yabanı halda bitən 8,5 tondan çox çətənə aşkarlayaraq məhv ediblər.