Bazar ertəsi Milli Məclisin İqtisadi siyasət komitəsi iclas zamanı “Dövlər rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara düzəlişləri qəbul edib.
Hə iki sənəd Milli Məclisə təsdiq üçün tövsiyə olunub. Bu barədə iclasda iştirak edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“Dövlər rüsumu haqqında” qanuna düzəlişlərə əsasən, sürücülük vəziqəsinin əvəz edilməsinin qiyməti 15 manat məbləğində təsdiq edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna düzəlişlər çıxarış, arayışları və digər məluatları almaq üçün elektron formada müraciət etmək imkanı verir.
Milli Məclis bu sənədləri oktyabrın əvvəli plenar iclasda müzakirə edəcək.